SON XƏBƏRLƏR

Cəlilabadlı şəhidlər Rəfail İşiyev və Asif Kərimovun məzarları ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində verir.

Ziyarətdə rayon Mədəniyyət Mərkəzinin, Dövlət Rəsm Qalereyasının və şəhər 4 saylı klubunun əməkdaşları iştirak ediblər. Onlar şəhidlərin məzarları önünə gül dəstələri qoyaraq ruhlarına dualar oxuyublar.

Xatırladaq ki, Rafail İşiyev ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.

Asif Kərimov ölümündən sonra “Vətən uğrunda”, “Qubadlının azad olunmasına görə” və “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunub.