SON XƏBƏRLƏR

Cəlilabad rayonunda şəhid Həbibi Fizuli Nizami oğlunun anım günündə xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılan ev-muzeyinin açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Azertac-a istinadən verir.

Muzeyin açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin rəsmi nümayəndələri, rayon ziyalıları, yerli sakinlər, şəhid ailələri, qazi və veteranlar iştirak ediblər.

Şəhid atası Nizami Həbibi çıxışında övlad itkisinin çətinliyindən danışıb. Bildirib ki, ağrı və acılarına dövlətin və el-obasının şərik olması, daim yanlarında olaraq qayğı və istəkləri ilə maraqlanması onların özlərini tənha hiss etməmələrinin başlıca səbəblərindəndir.

Sonra uşaqların ifasında şəhid Fizuli Həbibinin xatirəsinə həsr olunan şeirlər səsləndirilib.

Şəhidin ev-muzeyi ilə tanışlıqdan sonra şəhid Fizuli Həbibinin məzarı ziyarət olunub, üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub.

Qeyd edək ki, Fizuli Həbibi Vətən müharibəsində göstərdiyi şücaətə görə Prezident tərəfindən “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.

 

Astara boksçuları Bakıda qələbə qazanıblar
Sport

Astara boksçuları Bakıya səs salıblar

Astaralı boksçular yeniyetmələr arasında Azərbaycan birinciliyində yüksək nəticələr qazanıblar. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarxində Astara rayon