SON XƏBƏRLƏR

Cəlilabadda Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Cəlilabad rayon komitəsinin dəstəyi ilə şəhid Elvin Elçin oğlu Bayramovun ailəsi ziyarət edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 noyabr tarixində verir.

Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev və mədəniyyət müəssisələrinin əməkdaşları şəhidin ailə üzvləri ilə görüşüb, onlara ehtiramlarını ifadə ediblər.

Sonra mədəniyyət nümayəndələri şəhidin ev-muzeyini ziyarət edərək onun əşyaları ilə tanış olub, xatirə şəkilləri çəkdiriblər.