Cəlilabad rayonunda Vətən müharibəsi şəhidi Həbibi Fizulinin 3-cü ildönümü ilə əlaqədar ailə üzvlərinə baş çəkilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 noyabr tarixində verir.
Ziyarət mərasimində rayon Mədəniyyət Mərkəzi, Dövlət Rəsm Qalereyası, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsi və şəhər 4 saylı klubun əməkdaşları iştirak ediblər. Yekunda Fizuli Həbibinin məzarı ziyarət edilib, məzarı önünə gül dəstələri düzülərək, şəhidin ruhuna dualar oxunub.
Qeyd edək ki, Fizuli Həbibi ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni, “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Qubadlının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.