SON XƏBƏRLƏR

Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİ) Cəlilabad rayon komitəsinin dəstəyi ilə şəhid ailəsi və qazi ziyarət olunub. Bu haqda bu gün, 27 dekabr tarixində Cenublu.az Masallı Regional Mədəniyyət İdarəsinə istinadən xəbər verir.

Mədəniyyət işçiləri şəhid Rahib Rüstəmovun ailəsi və qazi İsmayıl Aslanovun qayğıları ilə maraqlanıblar. Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, həmçinin mədəniyyət müəssisələrinin nümayəndələri şəhidin ailə üzvləri ilə və qazi İsmayıl Aslanovla görüşərək onlara bayram sovqatları təqdim ediblər.