Cəlilabadda şəhid Famil Ağaşovun ailəsi və qazi İsmayıl Hüseynov ziyarət olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 dekabr tarixində verir.
Ziyarət zamanı Masallı Regional Mədəniyyət İdarəsinin Cəlilabad rayonu üzrə nümayəndəsi Elnur Atakişiyev, MİHİ-nin Cəlilabad rayon komitəsinin sədri Cəbrayıl Gözəlov, Cəlilabad rayon Mədəniyyət Mərkəzinin direktoru Ramil İbrahimov, həmçinin mədəniyyət müəssisələrinin nümayəndələri şəhidin ailə üzvləri ilə və qazi İsmayıl Aslanovla görüşərək onlara bayram sovqatları təqdim ediblər.