SON XƏBƏRLƏR

Cəlilabadda Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalmış qəhrəmanlarımızın ailələrinə orden və medallar təqdim olunub. Bu haqda bu gün, 29 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Cəlilabad Rayon İcra Hakimiyyəti başçısının səlahiyyətlərini icra edən başçının birinci müavini Qalib Xudaverdiyevin, hüquq-mühafizə orqanları rəhbərlərinin, şəhidlərin ailə üzvlərinin və qazilərin iştirak etdiyi tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Qalib Xudaverdiyev tədbirdə çıxış edərək rəşadətli Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə qazandığı tarixi qələbədən danışıb, Vətənə layiqli oğullar yetirdiklərinə və göstərdikləri xidmətə görə şəhid ailələrinə, qazilərimizə minnətdarlıqlarını ifadə edib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə təltif olunmuş şəhidlərimizin orden və medalları ailə üzvlərinə təqdim olunub.

4(96)
3(194)
1(441)
4(96) 3(194) 1(441)
Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki, yardım toplama məntəqəsi “Optimal” mağazasındadır. Mağaza “Qardaşlar” marketinin yaxınlığında, “Güvənli”

Astara yardım
Aktual

Astaralılardan Türkiyəyə dəstək

Astara sakinləri də qardaş Türkiyəyə yardım kampaniyasına qoşulublar. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 fevral tarixində verir. Belə ki,