SON XƏBƏRLƏR

Daxili İşlər Nazirliyinin İdman Cəmiyyətinin və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Cəlilabad şəhər stadionunda gənclər arasında “Sağlam bədəndə sağlam ruh” devizi altında idmanın kros və gimnastika növləri üzrə respublika yarışlarının rayon üzrə mərhələsi keçirilib. Bu haqda məlumat Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunda Cenublu.az-a bu gün, 1 noyabr tarixində verilib.

Tədbirdə Daxili İşlər Nazirliyinin, Cəlilabad Rayon Polis Şöbəsinin, Şəhər Gənclər və İdman idarəsinin əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, keçirilən yarışların əsas məqsədi gənclər arasında sağlam həyat tərzinin və idmanın təbliğidir.

Daha sonra yarışlara start verilib. Gənclər proqramda müəyyən olunan marşrut üzrə 3000 metr məsafəyə kros qaçışı və gimnastika hərəkətləri üzrə yarışıblar.

Yarışların sonunda hər bir hərəkət üzrə I, II və III yerləri tutan idmançılar Daxili İşlər Nazirliyinin İdman Cəmiyyəti tərəfindən müvafiq diplom, medal və hədiyyələrlə mükafatlandırılıblar.

DİN
DİN
DİN
DİN DİN DİN