SON XƏBƏRLƏR

Cəlilabad rayon İcra Hakimiyyətinin başçısı sakinlərlə səyyar qəbul-görüş keçirib. Bu haqda bu gün, 17 noyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Görüş rayonun Xəlilabad kənd tam orta məktəbinin iclas zalında baş tutub. İclasda rayonun hüquq-mühafizə orqanlarının, xidmət təşkilatlarının rəhbərləri və kənd sakinləri iştirak ediblər.

Tədbir öncəsi şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra icra başçısı Rafiq Cəlilov sakinlərin qayğıları ilə maraqlanıb. İştirakçılar öz növbəsində icra bşçısına təkliv və iradlarını bildiriblər.

Sakinlərin qaldırdığı məsələlərin həlli istiqamətində aidiyyəti üzrə idarə, müəssisə və təşkilat rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Cəlilabad Rayon İcra Hakimiyyəti Xəlilabad kənd
Cəlilabad Rayon İcra Hakimiyyəti