SON XƏBƏRLƏR

Cəlilabadda qeyri-adi hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 oktyabr tarixində verir.

Belə ki, ARB kanalında yayımlanan “Səni Axtarıram” verilişinə gələn Cəlal Məmmədov həyat yoldaşını axtardığını bildirib. Onun sözlərinə görə, övladlarını evləndirdikdən sonra onun həyat yoldaşı Aygün Məmmədova evi tərk edib.

Aygün Cəlalın burnunu bəyənmədiyi üçün evdən qaçaraq Bakıya gəlib.

Cəlalın bu açıqlaması studiyadakı tamaşaçıları və ekspertləri təəccübləndirib.

Daha sonra aparıcı Xoşqədəm Hidayətqızı Cəlalın burnunu estetik əməliyyat etdirə biləcəyini deyib.