Cəlilabad rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində 20 Yanvar faciəsinin 33-cü ildönümü ilə əlaqədar “Qanlı Yanvar faciəsi” mövzusunda tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində Masallı Regional Mədəniyyət İdarəsinə istinadən verir.
Gənc mədəniyyət könüllüləri və mərkəzin əməkdaşlarının iştirak etdiyi tədbirdə əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə mədəniyyət mərkəzinin direktoru Ramil İbrahimov açaraq 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda baş verən hadisələrdən danışıb.
Sonra Qanlı Yanvar hadisələri ilə əlaqədar videoçarx izlənilib.
Yekunda Heydər Əliyev mərkəzinin foyesində təşkil olunmuş sərgiyə baxış keçirilib.