SON XƏBƏRLƏR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzində “Qəhrəmanlıq salnaməsi” adlı tamaşa nümayiş olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 dekabr tarixində verir.

Tədbirdə rayon rəsmiləri, mədəniyyət nümayəndələri, şəhid və qazı ailələri, həmçinin gənclər iştirak ediblər.

Masallı və Cəlilabad Xalq Teatrı aktyorlarının iştirakı ilə hazırlanmış tamaşa izləyicilər tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, tamaşa ikinci Qarabağ döyüşlərində iştirak etmiş şəhid Bayram, qazi Nurlan və Vüqar Babaşov qardaşlarının keçdiyi döyüş yolundan bəhs edir.