Cəlilabad rayonunda pay torpağı üstündə dava düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində Report.az-a istinadən verir.
Hadisə Axtaxana kəndində baş verib. Kənd sakini V.Sadıqov pay torpağı üstündə yaranan mübahisə zamanı həmkəndlisi E.Məmmədovu döyərək, ona xəsarət yetirib. E.Məmmədovun qardaşı isə yaranan mübahisə zəminində V.Sadıqovun qardaşı oğlu, 17 yaşlı A.S.-ni döyüb.
Xəsarət alan şəxslərə xəstəxanada tibbi yardım göstərilib.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, hər iki faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.