SON XƏBƏRLƏR

Cəlilabad RPŞ-nin əməkdaşları tərəfindən oğurluq etdiklərinə görə tutulmuş Rövşən Əzizovun və Mahir Astanovun 2021-ci ildə etdikləri digər cinayətlərin də üstü açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində verir.

Belə ki, onların 2021-ci ilin fevral ayında Cəlilabad rayonunun Zopun kəndindən 4 baş inək oğurlamaları, həmçinin M.Astanovun müxtəlif vaxtlarda 3 həyətyanı sahədən ümumilikdə 38 ev quşu oğurlaması da müəyyən olunub.

Faktlarla bağlı Cəlilabad RPŞ tərəfindən araşdırmalar davam etdirilir.