SON XƏBƏRLƏR

Cəlilabadda saxlanılan narkokuryerin əlindəki bağlamada külli miqdarda müxtəlif növ narkotik vasitələr aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 yanvar tarixində verir.

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının narkotiklərin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Mirkənan Mirsüleymanlı rayon ərazisində saxlanılıb.

Keçirilən baxış zamanı onun əlindəki bağlamadan 5 kiloqram 800 qrama yaxın heroin, 3 kiloqrama yaxın marixuana və 20 qram metamfetamin aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı həmin şəxsin xaricdə yaşayan narkotacirlər tərəfindən narkokuryerliyə cəlb edildiyi müəyyən edilib.

Cəlilabad RPŞ əməkdaşlarının keçirdikləri növbəti əməliyyat zamanı isə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən daha bir nəfər, əvvəllər məhkum olunmuş Bakı şəhər sakini Mahir Bağışov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 200 qrama yaxın tiryək və marixuana aşkarlanaraq götürülüb.

Ümumilikdə isə Cəlilabad RPŞ əməkdaşlarının cari ilin əvvəlindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri əməliyyatlar zamanı 20 nəfər saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

Narkotik Cəlilabad
DİN
Kənan Əliquliyev
Sizi maraqlandıran

Lənkəranlı idmançı Kənan Əliquliyevi tanıyaq

Kənan Teymur oğlu Əliquliyev 1998-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhərində yerləşən “Zirvə” İdman Klubunda ağır atletika idman növü ilə məşğul olmağa başlayıb. Ağır atletika üzrə 2013-cü