SON XƏBƏRLƏR

Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Cəlilabad nümayəndəliyinin birgə təşkilatçılığı ilə mərkəzdə Novruz bayramına həsr olunmuş “Nə? Harada? Nə zaman?” intellektual bilik yarışı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 14 mart tarixində verir.

Yarışda qalib olmaq uğrunda 6 komanda üzrə 30 gənc mübarizə aparıb. Gərgin mübarizə şəraitində keçən yarışda:

  • I yerə “Diversant-T” komandası;
  • II yerə “Trust” komandası;
  • III yerə “Desant” komandası layiq görülüb.

Yekunda qaliblərə diplomlar təqdim olunub.