SON XƏBƏRLƏR

Cəlilabad rayonunda torpaq üstündə yaranan mübahisə zamanı 4 nəfər döyülüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 noyabr tarixində Report-a istinadən verir.

Hadisə Abışabad kəndində qeydə alınıb. Belə ki, iki ailə arasında yaranan torpaq mübahisəsi davaya çevrilib. Nəticədə 48 yaşlı Ərəstun İbrahimov, 52 yaşlı Fikrət İbrahimov, 22 yaşlı İsmət İbrahimov və 25 yaşlı Məlik Qarayev müxtəlif bədən xəsarətləri alıblar. Onlar rayon xəstəxanasına çatdırılıblar.

Hadisə ilə bağlı araşdırma aparılır.