SON XƏBƏRLƏR

Cəlilabadda Zəfər Günü ilə əlaqədar müəllimlərə təqdim olunan diplomda çoxlu orfoqrafik səhvlər aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 7 noyabr tarixində Bayqush-a istinadən verir.

Belə ki, voleybol üzrə rayon birinciliyində yer tutan müəllimlərə təqdim olunan diplomda Elm və Təhsil Nazirliyi, Zəfər Günü və digər sözlərin yazılışında səhvlər var.

Qeyd edək ki, diplomda Cəlilabad rayon Təhsil sektorunun müdiri və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının Cəlilabad rayon komitəsinin sədrinin imzası yer alır.