SON XƏBƏRLƏR

Cəlilabadda Mirvarid Dilbazinin 110 illiyi qeyd edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 oktyabr tarixində Report.az-a istinadən verir.

Yubiley tədbiri Cəlilabad Rayon İcra Hakimiyyəti, Azərbaycan Respulikası Mədəniyyət Nazirliyi, Masallı Regional Mədəniyyət İdarəsi, Cəlilabad Mədəniyyət Mərkəzi və Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin birgə təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində baş tutub.

İlk öncə Vətən uğrunda canından keçən şəhidlərin ruhuna ehtiram olaraq bir dəqiqəlik sükut elan edilib.Tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin sədri Güllü Eldar Tomarlı açıb.

Daha sonra Mirvarid Dilbazinin 85 illik yubiley tədbirində ulu öndər Heydər Əliyevin şairə haqqında çıxışı verilən videoçarx izlənilib. Tədbirdə çıxış edənlər Mirvarid Dilbazinin Azərbaycan ədəbiyyatında tutduğu yüksək mövqeyindən geniş söhbət açıblar, şeirlərini səsləndiriblər.