Cəlilabad rayonunda biçilməmiş əkinlər yararsız hala düşüb. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 iyun tarixində İctimai TV-yə istinadən verir.
Son günlər dolu ilə müşahidə olunan yağış rayonun bir sıra kəndlərində taxıl zəmilərinə ziyan vurub. Rayonun Kövüzbulaq kəndində əkinlər yararsız hala düşüb.
Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, yalnız əkinlərini sığortalamış fermerlərə dəymiş zərərə görə kompensasiya ödəniləcək.
Qeyd edək ki, təkcə Kövüzbulaq kəndinin də daxil olduğu inzibati ərazi vahidliyinin tərkibində olan 3 kəndin min hektara yaxın əkini tamamilə yararsız olub. Torpaq sahiblərinin bəziləri təbii fəlakətdən sonra sahələri şumlatdırmaq qərarına gəliblər.