Cəlilabad rayonu, Göytəpə şəhərində yerləşən marketlərdən biri Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 yanvar tarixində quruma istinadən verir.
Belə ki, O.Eynullayev küçəsi, 4 ünvanında yerləşən “Sünbül” marketi baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdiyi üçün cərimələnib.