SON XƏBƏRLƏR

Cəlilabad rayonunun Üçtəpə kəndində 8 Noyabr – Zəfər Günü münasibətilə yeni “Kung-fu” idman zalının açılışı olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 noyabr tarixində Cəlilabad rayon İcra Hakimiyyətinə istinadən verir.

Açılış mərasimində Cəlilabad Rayon İcra Hakimiyyətinin məsul işçiləri, rayon Gənclər və İdman idarəsinin, Masallı Regional Mədəniyyət idarəsinin Üçtəpə kənd mədəniyyət evinin, kənd bələdiyyəsinin kollektivi, ziyalılar, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Digər çıxış edənlər kəndlərdə fəaliyyət göstərən idman zallarının gələcəkdə bu idman növünün daha da inkişaf etməsinə və yeni Dünya, Avropa çempionlarının yetişməsinə töhfə verəcəyini qeyd ediblər.

Qeyd edək ki, “Kung-fu” idman zalı məşqçi-müəllim, idman ustası Elvin Mustafayevin təşəbbüsü ilə Üçtəpə kəndində açılmış və hal-hazırda kənddə 50-dən çox yeniyetmə idmançı bu idman növünün sirlərinə yiyələnir.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda