Cəlilabad rayonunda pilot şəhid mayor Elmir Həsənovun adı küçəyə verilib və xatirə lövhəsinin açılışı olub. Bu haqda bu gün, 3 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.
Bununla bağlı Göytəpə şəhərində tədbir keçirilib. Tədbirdə rayon rəsmiləri, DSX-nin əməkdaşları, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak ediblər. Çıxış edənlər pilot şəhidin keçdiyi qəhrəmanlıq yolundan geniş söhbət açılıb.
Daha sonra onun adı verilən küçənin ad lövhəsinin və xatirə lövhəsinin açılışı olub.
Elmir Həsənov 2021-ci il 30 noyabrda Xızı rayonunda yerləşən Qaraheybət aviasiya poliqonuna eniş zamanı qəza nəticəsində ekipaj üzvləri ilə birlikdə şəhidlik zirvəsinə ucalıb. Ailəli idi. 2 övladı var.