Cəlilabadda yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 dekabr tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Belə ki, şəhər ərazisində ümumi sahəsi 60 m² olan köməkçi tikilinin yanar konstruksiyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.