SON XƏBƏRLƏR

Cəlilabadda kartofun istehsalı və ixracı ilə bağlı iclas keçiriib. Bu haqda məlumatı Cenublu.az bu gün, 20 aprel tarixində verir.

İclasda Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, rayon İcra Hakimiyyəti başçısı aparatının əməkdaşları, aidiyyəti təşkilat rəhbərləri və rayon İcra Hakimiyyəti başçısının Cəlilabad şəhər, Göytəpə şəhər, Muğan, Kazımabad, Üçtəpə, Təzəkənd, Alar, Əliqasımlı, Qarazəncir  inzibati ərazi dairələri üzrə nümayəndələri, bələdiyyə sədrləri və sahibkarlar iştirak ediblər.

Çıxış edənlər 2022-ci il üzrə rayonda 5500 hektar kartof sahəsindən 162 min tondan çox kartof istehsalına nail olduqlarını qeyd ediblər. Həmçinin bu il kartof sahələrində görülmüş işlər barədə danışılaraq sahələrdən çıxarılmış kartofun ixracı zamanı maşınların az olması və süni qiymət qaldırmalarının qarşısının alınması sahəsində işlər görülməsinin vacibliyi vurğulanıb.

Kartofçuluq
Cəlilabad Rayon İcra Hakimiyyəti