SON XƏBƏRLƏR

Cəlilabad rayonunda geniş sahələrdə kartof yetişdirilir. Bu haqda bu gün, 24 sentyabr tarixində Cenublu.az Azərtac-a istinadən xəbər verir.

Fermer bildirir ki, 10 hektardan çox kartof əkdiyi sahədə ərzaq təhlükəsizliyinin təminatını nəzərə alaraq bu il payızlıq əkin sahələri iki dəfəyədək artırılıb. Ötən illərdə kəndlərdə 500 hektaradək sahədə payızlıq kartof əkilərdisə, bu rəqəm indi 1000 hektara çatıb.

“Payızlıq kartof ona görə yaxşıdır ki, yığımı qış aylarında, dekabr-yanvarda aparılır. Həmin dövrdə də kartofa tələbat çox olur. Ona görə fermerlər payızlıq kartof əkinində çox maraqlıdırlar. Yazda bir hektardan 30-40 ton məhsul götürmüşük, payızda isə 15- 20 ton olacağını gözləyirik”, – deyə fermer Əliheydər Salmanov bildirib.

Cari ildə yazlıq əkinlər üzrə rayonda 5450 hektar kartof sahəsindən 140 min tona yaxın məhsul toplanılıb. Yığılan məhsullardan 63 min tonu ölkədən ixrac edilib.