SON XƏBƏRLƏR

Cəlilabadda bir neçə gündür ki, itkin düşdüyü deyilən 46 yaşlı Sabirabad kənd sakini Xalidə Əliyevanın meyiti rayonun Uzuntəpə kəndi ərazisində aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Report.az-a istinadən verir.

Belə ki, mərhumun qardaşı, 39 yaşlı Famil Əliyev tərəfindən ağac parçası ilə vurulub qəsdən öldürülməsinə dair şübhələr yaranıb.

Famil Əliyev şübhəli şəxs qismində saxlanılarkən dindirilib və göstərdiyi yerdən meyit çıxarılaraq müayinəyə təqdim edilib.

Kənd sakinlərinin sözlərinə görə, mərhum Xalidə Əliyevanın​ son günlər bir yerdə yaşadığı qardaşı, 1983-cü il təvəllüdlü Famil Əliyev

və onun həyat yoldaşı ilə mülk üstündə mübahisələri yaranıb. Hətta o, bununla bağlı 1 ay öncə polisə şikayət ərizəsi ilə müraciət də edib.

İş üzrə istintaq davam edir.