Cəlilabad rayonunda ümumi sahəsi 324 kv.m olan evdə yanğın hadisəsi baş verib. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az FHN-ə istinadən xəbər verir.
Hadisə rayonun Sabirabad kəndində baş verib. Evin 2-ci mərtəbəsində 2 otağın yanar konstruksiyaları, içərisindəki əşyalar 60 kv.m sahədə və dam örtüyü yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.