Cəlilabad rayonunun Bəcirəvan kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün 8 fevral tarixində Fövqəladə Hallar Nazirliyinə istinadən verir.
Yanğın zamanı ümumi sahəsi 176 kv.m (hər mərtəbəsi 88 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.