SON XƏBƏRLƏR

Cəlilabadda azyaşlı dərmandan, qadın isə naməlum maddədən zəhərlənib. Bu haqda bu gün, 9 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisələr rayonun ayrı-ayrı kəndlərində qeydə alınıb. Belə ki, Bəcrəvan kənd sakini, 3 yaşlı G.Abasova qəbul etdiyi dərmandan zəhərlənib.

Daha bir analoji hadisə isə rayonun Kövüzbulaq kəndində baş verib. Belə ki, kənd sakini 46 yaşlı R.Ağayeva naməlum maddədən zəhərlənib.

Hər iki şəxs Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. R.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.