Cəlilabad rayonunun Göytəpə şəhərində Vətən müharibəsinin iki şəhidinin adı küçələrə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 dekabr tarixində Report.az-a istinadən verir.
Şəhid Tofiq Əmirli və Şəhriyar Əsgərovun adları şəhər ərazisindəki iki küçəyə verilib. Artıq həmin küçələrə ad lövhələri vurulub.
Qeyd edək ki, Vətən müharibəsi şəhidləri olan Tofiq Əmirli Cəbrayıl uğrunda döyüşlər zamanı, Şəhriyar Əsgərov isə Xocavənd uğrunda gedən döyüşlər zamanı şəhadətə yüksəliblər.