SON XƏBƏRLƏR

Cəlilabad rayonunda iki yeniyetmə dəm qazından zəhərlənib. Bu haqda bu gün, 10 dekabr tarixində Cenublu.az Report.az-a istinadən xəbər verir.

Hadisə rayonun Ocaqlı kəndində qeydə alınıb. 15 yaşlı T.Nuriyeva və 12 yaşlı M.Qasımova dəm qazından zəhərləniblər.

Onlar təcili tibbi yardım avtomobili ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.