Qida Təhlükəsizliyi agentliyi Cəlilabadda yoxlamalar təşkil edib. Bu haqda bu gün, 14 dekabr tarixində Cenublu.az AQTA-ya istinadən xəbər verir.
Şəhər ərazisində fəaliyyət göstərən iki obyektdə baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulların qəbulu faktı aşkar edilib:
- “Habil” kafesi – M.Hüseynzadə küçəsi
- “Nargilə” kafesi – Səməd Vurğun küçəsi
Aşkar edilmiş nöqsanlarla bağlı qanunvericiliyin tələblərinə uyğun müvafiq tədbirlər görülüb.