12 dekabr ümummilli lider Heydər Əliyevin vəfat günü ilə əlaqədar Cəlilabad İcra Hakimiyyətinin başçısı ulu öndərin abidəsini ziyarət edib. Bu haqda bu gün, 12 dekabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.
İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə və təşkilatların nümayəndələri Cəlilabad və Göytəpə şəhərlərindəki Heydər Əliyev parkında yerləşən ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək xatirəsini dərin ehtiramla anıblar.