SON XƏBƏRLƏR

Cəlilabadda ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi qeyd edilir. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində verir.

Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov, Milli Məclisin deputatları, rayon İcra Hakimiyyətinin əməkdaşları, ərazi icra nümayəndələri, rayonun hüquq-mühafizə orqanları, idarə, müəssisə və təşkilatları, ağsaqqallar, ziyalılar və ictimaiyyət nümayəndələri ulu öndər Heydər Əliyevin rayon mərkəzində ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.

Tədbir iştirakçıları Cəlilabad rayon Heydər Əliyev Mərkəzini ziyarət edərək, ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini özündə əks etdirən fotolara və eksponatlara baxış keçiriblər, daha sonra Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmi izləyiblər.

Tədbir konsert proqramı ilə davam edəcək.

Әrkivan FK
Sport

“Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq

Masallı təmsilçisi olan “Ərkivan” FK “Ramana” FK ilə qarşılaşacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 iyun tarixində verir. Oyun Abşeron Olimpiya İdman Kompleksində 4 iyun saat 17:00-da baş tutacaq.