Cəlilabad rayon Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan “Heydər Əliyev şəxsiyyəti şagirdlərin gözü ilə” mövzusunda rəsm müsabiqəsi keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 may tarixində verir.
Rəsm müsabiqəsində şagirdlərin və dərnək üzvlərinin mövzu ilə bağlı çəkdikləri rəsmlər nümayiş olunub. Yekunda fərqlənən rəssamlara münsiflər tərəfindən fəxri fərmanlar təqdim edilib.
Qeyd edək ki, tədbir Cəlilabad rayon Dövlət Rəsm Qalereyasının, Heydər Əliyev Mərkəzinin və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Cəlilabad rayon Təhsil sektorunun birgə təşkilatçılığı ilə baş tutub.