SON XƏBƏRLƏR

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Cəlilabad filialında “Həsrət qoxulu mələklər” kitabının təqdimatı keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 17 noyabr tarixində verir.

Belə ki, universitetin “Məktəbəqədər təlim və tərbiyə” ixtisasının IV tədris ili tələbəsi Leyla Quluzadə təqdimat zamanı yeni işıq üzü görən kitabının məzmunu, forması, ideya estetik xüsusiyyətləri və ən əsası, müqəddəs amalları barədə tədbir iştirakçılarına ətraflı məlumatlar verib. O, bildirib ki, əsərdə igid vətən oğullarımızın şanlı döyüş yolunun bədii boyalarla əks olunmasında real faktlara əsaslanıb. Belə ki, kitabın yazılma məqamlarında onlarla şəhidimizin ev-muzeyləri ziyarət olunub, keçdikləri şanlı döyüş yolları öyrənilib, onların ailə üzvləri ilə görüşülüb, müvafiq məlumatlar toplanılıb.

Tədbirin sonunda qonaqlara kitab hədiyyə edilib.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda