Göytəpə şəhəri ərazisində yerləşən hərbi hissədə hərbçilərlə görüş baş tutub. Bu haqda bu gün, 23 mart tarixində Cenublu.az DSX-yə istinadən xəbər verir.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi, torpaqlarımızın işğaldan azad olunması uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Hərbi Prokurorluğun əməkdaşları və çıxış edənlər cinayət hadisələrinin qarşısının alınması, qanunvericiliyin tələblərinə riayət edilməsi, hərbi intizamın möhkəmləndirilməsi mövzularında şəxsi heyətə müvafiq tövsiyələr veriblər.
Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti və Hərbi Prokurorluğunun əməkdaşları hərbi hissələrdə yaradılmış şəraitlə yaxından tanış olmuş, xidmətdə fərqlənmiş hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim edilmişdir.