SON XƏBƏRLƏR

Cəlilabad rayonunda daha bir qadın zəhərlənib. Bu haqda məlumatı Cenublu.az bu gün, 16 dekabr tarixində Report.az-a istinadən verir.

Hadisə rayonun Qarazəncir kəndində qeydə alınıb. Kənd sakini, 29 yaşlı P. Abdullayeva psixotrop dərmandan zəhərlənib. Qadın rayon xəstəxanasına aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, analoji hadisə bu gün rayonun Maşlıq kəndində də baş vermişdir.

Hər iki faktla bağlı araşdırmalara başlanılıb.