SON XƏBƏRLƏR

Cəlilabadda güclü külək nəticəsində qırılan elektrik xətləri tam bərpa olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 22 aprel tarixində Bizim.Media-ya istinadən verir.

Rayon mərkəzində ötən gün gecə saatlarında, kəndlərdə isə bu gün elektrik enerjisinin verilişi tam bərpa edilib.

Cəlilabad Rayon Fövqəladə Hallar Komissiyasının ilkin məlumatına görə, təbii fəlakət nəticəsində rayon ərazisində 50-yə yaxın ağac, 15-ə yaxın elektrik dirəyi aşıb, 5 evin dam örtüyünə ziyan dəyib, 1 ticarət obyektinin dam örtüyü uçub, Komanlı kənd orta məktəbinin dam örtüyünün bir hissəsi isə dağılıb.

Qeyd edək ki, ötən gün rayonda müşahidə olunan qeyri-sabit hava şəraiti bir sıra fəsadlara yol açıb və rayonun əksər hissəsi işıqsız qalıb.