SON XƏBƏRLƏR

Cəlilabad rayon Mərkəzi Kitabxanasının Uşaq şöbəsində məktəbli oxucuların iştirakı ilə “Gender əsaslı zorakılıqla  bağlı qaynar xətt-860” adlı informasiya saatı təşkil edilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 noyabr tarixində verir.

Tədbiri giriş sözü ilə açan MKS-nin Uşaq şöbəsinin müdiri Rəna Təhməzova iştirakçılara mövzu ilə bağlı məlumat verib.

Sonra Ombudsman Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatının 2013-cü il üzrə məlumatına əsasən, dünyada hər üç qadından biri döyülmüş, hər hansı şəkildə istismara məruz qalmışdır. O, çıxışında uşaq zorakılığı haqqında da geniş məlumat verib.

Yekunda məktəbli oxucularla Z. İsmayılov arasında maraqlı dialoqlar olub. Z. İsmayılov, həmçinin uşaqlara təzyiqə məruz qalacaqları təqdirdə hansı hərəkətləri etməli olacaqlarını izah edib.