ADPU Cəlilabad filialının təşkilatçılığı ilə keçirilən Xəmsə milli intellektual oyununun qalibləri bəlli olub. Bu haqda bu gün, 5 dekabr tarixində Cenublu.az ADPU Cəlilabad filialı TGT-yə istinadən xəbər verir.
“ON1000” proqramı çərçivəsində Laçının işğaldan azad olmasına həsr olunmuş “Azad Laçın” adlı Xəmsə milli intellektual oyunu keçirilib.
Turnirdə qaliblər sıralaması bu cür olub:
- I yer – “Trust” komandası
- II yer –”Barbarossa” komandası
- III yer – “Renessans” komandası
Qalib komandanın üzvləri diplomla, 4-cü yerin sahibi olan “Aysberq” komandasının üzvləri təşəkkürnamə ilə təltif olunublar.