SON XƏBƏRLƏR

Cəlilabadda türkiyəli psixoloqlarla birgə müharibədən və erməni terrorundan fiziki-mənəvi zərər görmüş vətəndaşlarla psixoloji yardım işinə başlanılacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 12 noyabr tarixində verir.

Belə ki, 14 noyabrdan etibarən Cəlilabad şəhəri, Mehdi Hüseyn, 82 ünvanında yerləşən Cəlilabad Rayon Mərkəzi Xəstəxanasında həftənin 1-ci və 4-cü günləri Fövqəladə Hallar Nazirliyinin dəvəti ilə Türkiyədən gəlmiş 20 nəfərdən artıq peşəkar psixoloq və FHN-in mütəxəssisləri tərəfindən psixoloji yardım işi həyata keçiriləcək.

Ödənişsiz həyata keçirilən psixoloji yardım üçün vətəndaşlar Nazirliyin “112” qaynar telefon xətti vasitəsilə qeydiyyata düşə bilərlər.