SON XƏBƏRLƏR

Cəlilabad rayonunda eramızdan əvvələ aid olunan əşyalar tapılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 3 noyabr tarxində Report.az-a istinadən verir.

Belə ki, rayonda eramızdan əvvələ aid yazılı daş və məişət əşyası olan həvəngdəstə aşkar edilib. Tarixi mədəniyyət nümunələri rayonun Şatırlı kəndində tapılıb. Hər iki tapıntı kənd məktəbinin XI sinif şagirdi İlham Mirələmov tərəfindən aşkarlanıb.

Yerli tarixçi Elşad Əmənov bildirib ki, ilkin olaraq, tapıntıların bizim eradan əvvəl III-V əsrlərə aid olduğu ehtimal edilir. Onun sözlərinə görə, artıq tapıntılarla bağlı Azərbaycan Milli Elmlər Akademiyasına (AMEA) müraciət olunub.

Tarixçi vurğulayıb ki, əşyalar Cəlilabad rayon Tarix Diyarşünaslıq Muzeyinə təhvil veriləcək.

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…
Yollarda vəziyyət

Lənkəranda yağış yağdı, el-aləmi su basdı…

Lənkəranımıza gözəllik qatan yağıntılar hər il olduğu kimi, bu il də fəsadsız qalmadı. Bu haqda bu gün, 1 dekabr tarixində Cenublu.az-a müraciətlər daxil olub. Şəhərimizdə kanalizasiya xətlərinin yarımçıq quraşdırılması, yollarda