SON XƏBƏRLƏR

Cəlilabadda şəhərin abadlaşması istiqamətində təmir işləri aparılır. Bu haqda bu gün, 15 noyabr tarixində Cenublu.az Cəlilabad RİH-yə istinadən xəbər verir.

Belə ki, şəhərin mərkəzi küçələrində piyada səkiləri yenidən qurulur, çoxmənzilli yaşayış binalarının fasadları təmir olunur. Şəhid İlqar Zeynalovun adını daşıyan küçədə, Qarabağ və Zərifə Əliyeva küçələrində abadlıq işləri aparılır, həmin küçələrdə piyadaların rahat və təhlükəsiz gediş-gəlişinin təmin olunması üçün piyada səkiləri yenidən qurulur.