SON XƏBƏRLƏR

Cəlilabadda 15 aprel – Beynəlxalq Mədəniyyət Günü münasibətilə tədbir keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 aprel tarixində Dünya TV-yə istinadən verir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin rayonda ucaldılmış abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. Sonra isə tədbir mədəniyyət işçilərinin geniş dəyirmi masasında davam edib.

Tədbirdə rayonda fəaliyyət göstərən mədəniyyət evlərində, musiqi məktəblərində çalışan mədəniyyət işçiləri, kitabxana əməkdaşları qatılıblar. Eyni zamanda tədbirdə fəxri qonaq qismində qocaman mədəniyyət işçiləri də iştirak ediblər.

Çıxışlarda bildirilib ki, Beynəlxalq Mədəniyyət Günü 15 aprel 1935-ci ildə Vaşinqtonda bədii elmi müəssisə və tarixi abidələrin mühafizəsi, qorunması haqda imzalanmış müqavilə ilə əlaqədar dünyanın bir çox ölkələrində qeyd edilir.

Tədbirdə Masallı Regional İdarəsi tərəfindən əməyi qiymətləndirilmiş mədəniyyət işçilərinə fəxri fərmanlar təqdim olunub.

Müstəqillik günü
Tarixi faktlar və şəxslər

Bu gün Azərbaycanda Müstəqillik Günü qeyd edilir

Bu gün Azərbaycanda Müstəqillik Gününün qeyd edilməsi 28 may 1918-ci ildə yaranan müsəlman şərqində ilk parlament respublikasının – Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranması ilə bağlıdır. 27 may 1918-ci ildə Müsəlman