SON XƏBƏRLƏR

Cəlilabad şəhərində beş yaşlı uşaq bədbəxt hadisə nəticəsində xəsarət alıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 2 may tarixində Report.az-a istinadən verir.

Belə ki, 5 yaşlı H. Əlizadə yaşadığı binanın ikinci mərtəbəsindən yıxılıb. Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.