SON XƏBƏRLƏR

Cəlilabadda sahibsiz it azyaşlını dişləyib. Bu haqda məlumatı Cenublu.az bu gün, 10 may tarixində Bizim.media-ya istinadən verir.

Hadisə rayonun Əsədli kəndində baş verib. Sahibsiz it kənd sakini, 11 yaşlı qıza hücum edərək, onu baş nahiyəsindən yaralayıb.

Azyaşlı xəstəxanaya aparılıb. Ona lazımi tibbi yardım göstərilib.

Qeyd edək ki, sahibsiz itlərlə bağlı problem bütün cənub zonasında mövcuddur. Təkcə Masallıda ötən ilin sentyabr ayında Masallı RİH-nin tapşırığı əsasında Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) tərəfindən rayonun Viləş kəndində ilk olaraq 20 it üçün nəzərdə tutulmuş sığınacaq inşa olunub.