SON XƏBƏRLƏR

Cəlilabad şəhərində azyaşlı kimyəvi həlledici (rastvoritel) içib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 noyabr tarixində Apa.az-a istinadən verir.

Hadisə şəhərin Cavadxan küçəsində qeydə alınıb. 3 yaşlı Leyla Tahir qızı Bazarova boyaya qatılan kimyəvi həlledici içib.

Azyaşlı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və ona ilkin tibbi yardım göstərilib. O, reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlər azyaşlının vəziyyətini ağır qiymətləndirirlər.

Faktla bağlı araşdırma aparılır.