SON XƏBƏRLƏR

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində 2 fevral – Azərbaycan Gəncləri Gününə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Bu haqda məlumatı Cenublu.az Cəlilabad Rayon İcra Hakimiyyətinə istinadən verir.

Tədbirdə yaradıcı gənclərin xeyriyyə məqsədilə təşkil edilmiş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Cəlilov Vətən müharibəsində Azərbaycan gənclərinin yüksək vətənpərvərlik ruhundan, Vətən müharibəsində qazandığımız parlaq qələbədə gənclərin rolundan danışıb, ölkəmizin hərtərəfli inkişafında gənclərin rolunun danılmaz olduğunu vurğulayaraq onların cəmiyyətimizin fəal qurucularına çevrildiyini diqqətə çatdırıb.

Rayon gənclər və idman idarəsinin rəisi Elçin Hüseynov 2022-ci ildə qazanılan uğurlar barədə danışıb, ölkəmizdə gənclərin hərtərəfli inkişafı, onların dövlət quruculuğu işinə cəlb olunması, ictimai-siyasi fəallığının artırılması üçün əlverişli şərait və möhkəm hüquqi baza yaradıldığını bildirib.

Ümumrayon tədbiri rəngarəng konsert proqramı ilə davam edib.